Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2019
12:38
509
Bakıya 1540 tullantı konteyneri gətirilib

Bakıda bərk və qarışıq tullantıların təkrar emalı üçün Almaniya və Rusiya şirkətinin birgə istehsalı olan 1540 tullantı konteyneri gətirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, ilkin olaraq konteynerlərdən 1200-ü rayonlar üzrə paylanılıb: "Birinci mərhələdə həmin konteynerlər Nərimanov, Nəsimi, Səbail və Yasamal rayon icra hakimiyyətlərinə təhvil verilib. İkinci mərhələdə isə konteynerlər daha 3 rayona paylanılıb. Yaxın günlərdə əlavə olaraq 110 konteyner Bakıya gətiriləcək. Ayın sonuna qədər isə daha 125 konteyner Almaniyadan alınacaq".

İ.Kərimov konteynerlərin sayının tələbatdan asılı olaraq artacağını da əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : tullantı konteyneri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru