Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Dekabr

2016
11:16
512
Bakının seysmik qiymətləndirilməsinə apreldən başlanacaq

Bakının seysmik qiymətləndirilməsinə başlamaq üçün tələb olunan avadanlıqlar aprelədək Azərbaycana gətiriləcək.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, hazırda Bakıda seysmik riskin qiymətləndirilməsi üçün hazırlıq işləri aparılır. Layihənin icrasına isə apreldən başlanacaq:

“Təqribi yerlər seçilib, sxem müəyyənləşdirilib. Qiymətləndirmənin aparılması üçün cihazlar müxtəlif qruntlarda yerləşdiriləcək. Cihazların yeri 6 aydan bir dəyişdiriləcək”.

Q.Yetirmişli qeyd edib ki, layihə pilot olaraq, Səbail rayonundan başlanacaq və burada 3 il müddətində həyata keçiriləcək.

Q.Yetirmişli deyib ki, bu layihənin bütün Bakını əhatə etməsi nəzərdə tutulur. Layihə Almaniya Geologiya Xidməti tərəfindən həyata keçiriləcək. (Trend)

Məqalədə : seysmik zəlzələ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru