Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Dekabr

2015
12:03
9958
Bakının mərkəzi niyə qaranlığa qərq olub? - FOTO-VİDEO

Dünya birjalarında neftin qiymətinin aşağı düşməsi fonunda iqtisadiyyatının bir qismi neftdən asılı olanlar ölkələrdə problemlər başlayıb. Çox təəssüf ki, bu problemlər Azərbaycandan da yan keçməyib. Hər keçən gün bunu daha aydın hiss etməyə başlayırıq: müxtəlif idarələrdə əməkhaqqlarının gecikməsi, dolların məzənnəsinin 50% qalxması, buna müvafiq olaraq ərzaq qiymətlərinin kəskin bahalaşması, dükan-bazarlara alıcılıq səviyyəsinin aşağı düşməsi və sair.

Dünən manatın məzənnəsinin 50% ucuzlaşmasından sonra artıq şəhər təsərrüfatında qənaət rejiminə keçidi müşahidə etmək olar.

FaktXəbər-in məlumatına görə, dünən gecə saatlarından başlayaraq şəhər mərkəzində yerləşən park və küçələrdə işıqlandırma sistemi tamamilə söndürülüb. Buna misal olaraq "Qış parkı"nı, Heydər Əliyev Sarayının qarşısındakı parkı, Nəsimi rayon İcra Hakimiyyəti binasının qarşısında və arxasında yerləşən parkları, Koroğlu parkını, Bülbül prospektinin əksər hissəsi, 28 May küçəsi, Rəşid Behbudov küçəsini və sair göstərmək olar. Bundan əlavə, sözügedən ərazilərdə yerləşən binaların fasad işıqlandırılması da yoxdur.

Qeyd edək ki, foto və video səhər saat 7.20 - 7.30 radələrində çəkilib və bu zaman hava qaranlıq olur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru