Tarix:19-04-2017 10:04
Bakının marşrut xətləri sıfırdan qurulacaq - YENİLİKLƏR VAR
Şərh yaz

"Biz Bakı şəhərində marşrut xətlərini sıfırdan quracağıq". Bunu müsahibəsində Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.
 
"Təsəvvür edin ki, heç bir marşrut xətti yoxdur. BNA tərəfindən Lökbatandan "28 May"a gəlmək istəyənlərin sərnişin axınını, dayanacaqlar arasındakı məsafə, intervallar, yol şəraiti hesablanır. Biz, məsələn, Dərnəgül, Lökbatandan hərəkət edən avtobusları nömrədən əlavə xüsusi hərflərlə də nişanlayacağıq. Məsələn, "L21". Vətəndaş da biləcək ki, bu "L" hərfi ilə nişanlanmış avtobus Lökbatana gedəcək. Başqa bir misal gətirim. Tutalım, üzərində "M15" nişanı olan avtobus mərkəzə, yəni "28 May" istiqamətində hərəkət edəcək. Bunun hesabına biz də biləcəyik ki, "28 May"dan Lökbatan istiqamətinə, məsələn, 100 min sərnişin gedir və bu sayda insanın daşınması üçün filan qədər avtobus, filan qədər dayanacaq lazımdır. Bunları müəyyən edəndən sonra daşıyıcıların kombinasiyasını düşünəcəyik. Bu günlərdə biz 18 və 7 nömrəli xətləri ləğv etdik. İkisi də eyni marşrut üzrə hərəkət edirdi və ikisində də eyni səviyyəli avtobuslar var idi. Biz bu addımı atdıqdan sonra Lökbatandan "28 May"a hərəkət edən 125 saylı xətti açdıq. İndi bu istiqamətdə yenə işlərimiz davam edir. Bu, bir qədər ağrılı prosesdir, çünki hər daşıyıcı xətdən çıxmaq istəmir. Sahibkar vaxtilə bu xətləri alıb, lakin sənədləşdirmə problemləri var: xətt sahibi ya müvafiq sənədi tapa bilmir, ya da bu sənədlərin hüquqi qüvvəsi yoxdur. Ana arteriya sayılan xətlər sıfırdan qurulacaq. Ümumilikdə, dünya praktikasında sərnişindaşımanın təşkilində ana xətlər və bu ana xətlərə köməkçi olan kiçik xətlər mövcuddur", - deyə o bildirib.
 
Qurum rəhbəri bildirib ki, marşrut xətlərinin tam olaraq sahibkarların nəzarətinə verilməsi yanlış addımdır: "Bu gün Bakıda 2049 avtobus var ki, bunlardan 300-ü "BakuBus" MMC-yə, qalanları isə sahibkarlara məxsusdur. Mən ümumiyyətlə düşünürəm ki, xətt sahibkara məxsus olmalı deyil. Bu xətlərin əksəriyyəti dövlətə məxsus olmalıdır. Niyə? Çünki söhbət ictimai-sosial sahədən gedir. Bizdən öncə bu xətlər sahibkarlara verilib, amma bu, düzgün addım deyildi. Bu cür məsələlərin həlli üçün BNA yaradılıb. Dünya təcrübəsinə nəzər salaq. Tutaq ki, 125 saylı xətt üzrə 20 marşrut lazımdır və bunun 15-ini dövlət verir, 5-ini isə müvafiq tenderdə qalib gələn sahibkarlar. Dünya praktikası göstərir ki, bir marşrut xəttinin tam olaraq sahibkardan asılı olması böyük riskdir. Biz dəfələrlə görmüşük ki, qarlı havalarda sahibkarlara məxsus olan xətlərdə avtobuslar işləmir. Paradoks ondadır ki, onu nə cərimə edə, nə də xətdən kənarlaşdıra bilirsən. Təsəvvür edin ki, biz məcbur olaraq "BakuBus" MMC-nin avtobuslarından taksi kimi istifadə edirdik ki, heç olmasa sərnişinləri yaxın metro stansiyasına çatdıraq. Niyə? Çünki sahibkar avtobusunun şinlərini dəyişməkdə, sahibkar sürücüsünə təlim keçməkdə, sahibkar maaş sisteminə keçiddə maraqlı deyil. Utilizasiya proqramı başa çatdıqdan sonra ictimai nəqliyyat sistemi dövlətin nəzarətində olacaq və bu proses dünya praktikasına əsaslanıb. Düzdür, sahibkarlar tərəfindən müəyyən investisiyalar qoyula bilər, amma sahibkarların tam nəzarətindən söhbət belə gedə bilməz".
 
Müsahibənin tam mətni bir qədər sonra sayta yerləşdiriləcək. (APA)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : T.
Teqlər :
Bakının - marşrut - xətləri - sıfırdan - qurulacaq -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:19-04-2017 10:04 - Oxundu: 492
Ölkə
27-04-2017 16:27 "Elmlər Akademiyası" metrosu qarşısında aksiya-İşçilər etiraz etdi
27-04-2017 16:07 "Beş mərtəbə" dairəsindən istifadə edən sürücülərin nəzərinə - FOTO
27-04-2017 15:00 Tbilisi prospektində tıxaca qarşı yeni plan hazırlanır
27-04-2017 14:38 Keçən il Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib
27-04-2017 13:03 Ölkədə sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan edilir
27-04-2017 12:19 Əfv olunmuş məhbusun yerinə başqası azadlığa buraxılıb? - AÇIQLAMA
27-04-2017 12:17 Tikintidə qeyri-rəsmi çalışmaq mümkün olmayacaq
27-04-2017 12:16 Qəbul imtahanında 35433 abituriyentin iştirakı nəzərdə tutulur
27-04-2017 12:09 Nazirlər Kabineti sərəncam verdi
27-04-2017 12:02 Daşkəsən polisi mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb
27-04-2017 11:36 Nazirliklər parlamentə toplaşdı: siqaretlə mübarizə müzakirə olunur
27-04-2017 11:02 "Azərişığ"ın idarələrindən biri ləğv edilib
27-04-2017 10:34 Avtobuslarda 5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək
27-04-2017 10:21 Sərnişin daşıyan xidmətlərin məsuliyyətləri artırılıb
27-04-2017 10:16 Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı - VİDEO
27-04-2017 09:43 "Bəzən ödənişsiz xəstəxanada pul tələb edilir" - Səhiyyə Nazirliyi
26-04-2017 16:59 Vüqar Bayramov: "Vahid taksi qiymətinin tətbiqi rəqabəti boğacaq"
26-04-2017 16:12 Axşam saatlarında bu küçələrdə hərəkət çətinləşəcək
26-04-2017 15:41 Almaniyadan olan turist piyada Azərbaycana gəlib
26-04-2017 14:34 Mətbuat azadlığı reytinqində 180 ölkə arasında 162-ci yerdəyik
26-04-2017 14:34 "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyası uşaq hüquqlarına dair tədbir keçirdi
26-04-2017 12:57 Bakı-Sumqayıt yolunda qəzanı belə sürücülər yaradır - VİDEO
26-04-2017 12:53 Azərbaycan Milli Kitabxanası - FOTOLAR
26-04-2017 12:40 Builki Gül bayramı ilə bağlı - İcra Hakimiyyətindən AÇIQLAMA
26-04-2017 12:30 Azərbaycanda yeni dərman zavodu inşa olunacaq
26-04-2017 12:15 "Azərbaycanda halal turizmlə bağlı standartlar hazırdır"
26-04-2017 11:37 DYP sizi 60 AZN cərimə edə bilər - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
26-04-2017 11:34 Daha 4 "ASAN xidmət" mərkəzi inşa olunur
26-04-2017 11:20 "Kral Holding" Şirkəti məhv olmaq təhlükəsi ilə üz-üzə
26-04-2017 10:59 Artıq texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq
25-04-2017 22:22 Bakıda küçə ticarətinə qarşı REYD
25-04-2017 22:05 Ədliyyə orqanlarında çalışmaq istəyənlər DİQQƏT - VAXT BİTİR
25-04-2017 17:23 Əflatun Amaşov "Şöhrət" ordeni ilə təltif edilib
25-04-2017 16:11 Bakıda metroda maraqlı hadisə kameraya düşdü - VİDEO
25-04-2017 16:04 AİP Məbəs bayramı münasibəti ilə xalqımızı təbrik edib
25-04-2017 15:58 Xaçmaz İcra Hakimiyyəti meymun heykəlinə pul tapır, şəhid ailəsinə yox – FOTO
25-04-2017 15:38 Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib
25-04-2017 15:21 Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin SAYI açıqlandı
25-04-2017 14:29 Evinizi mehmanxana edə bilərsiniz - QANUN TƏSDİQLƏNDİ
25-04-2017 14:14 Gözün buynuz qişasının idxalı və transplantasiyasına icazə verilib
25-04-2017 14:06 Milli Məclisin foyesində siqaret çəkmək qadağan olunub
25-04-2017 12:51 Korrupsiya haqqında məlumat verənə təzyiq edənlər CƏRİMƏLƏNƏCƏK
25-04-2017 12:36 Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
25-04-2017 12:22 Övladlığa uşaq götürmək istəyənlər, bunu nəzərə alın
25-04-2017 12:21 Sürücülər piyadalardan daha məsuliyyətlidirlər - RƏSMİ
25-04-2017 12:03 Azərbaycanda hotellərin sayı artırılacaq
25-04-2017 11:11 "Səni tutub salacağıq içəri" - Sakindən Abutalıbova -VİDEO
25-04-2017 10:55 BƏƏ-dən gələn turistlərin sayı 22, İraqdan gələnlərin sayı 30 dəfə artıb
25-04-2017 10:36 Azərbaycan hotellərində də halal turizm standartları tətbiq ediləcək
25-04-2017 10:35 4 küçədə üfüqi nişanlanma xətləri rənglənəcək
25-04-2017 10:25 Bu gün Avropa İttifaq ilə Azərbaycan arasında danışıqlar başlanılır
25-04-2017 09:58 Azərbaycanda 2 yaşlı uşağa siqaret çəkdirdilər - VİDEO
25-04-2017 09:50 Yasamalda gərginlik: Sakinlərin evlərini sökmək istədilər - VİDEO
25-04-2017 09:09 Tovuzdakı müəmmalı qətlin üstü açıldı
24-04-2017 22:04 Bakıda metro qatarı tuneldə qalıb
24-04-2017 20:54 Apteklərdə "Rivanol" tozu yoxa çıxıb - 20 qəpiklik dərmanı məhlul şəklinə salıb 5,20 qəpiyə satırlar - VİDEO
24-04-2017 20:22 İTV-nin baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək
24-04-2017 16:54 Bakıda taksilər üçün vahid TARİF - gecə və gündüzün gedişhaqqı fərqli olacaq
24-04-2017 16:50 Fahişəlik və qumara görə ağır cərimələr tətbiq edilir
24-04-2017 16:47 Havanın pisləşməsi ilə əlaqədar 200-dən çox neftçi təxliyə olunub

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az