Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2017
10:17
Bakının iki qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə FaktXəbər-ə “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyətə səbəb Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.

“Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda vurğulanıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərsu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2018 14:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com