Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
11:30
1889
Bakı metrosunda gördüklərimiz və ya Afina heykəllərinə qayıdış?

"Avtovağzal" metro xəttinə "Memar Əcəmi" metro stansiyasından keçid dəhlizində divarlarda, ələlxüsus İntibah dövrü rəssamlarının tablo-surətləri mövcuddur. Bu yaxşıdır, çünki həmin uzun dəhlizlə gedərkən insan darıxmır: tablolara tamaşa edərək yoluna davam edir. Amma...

Həmin tablolarda açıq-saçıq, məhrəm yerlərin aşkar göstərildiyi səhnələr və obrazlar heç də az deyil. Bu ki, təbiidir: Avropada İntibah dövrü dinə üsyan, insanı tabulaşdırma - ultra-humanizm dövrüdür, odur ki, həmin əsrlərdə meydana çıxan əsərlərdə hedonist elementlərin çoxluğu təəccüb doğurmamalıdır. Amma biz Avropa deyilik, bizim qadına, məhrəm mövzulara baxışımız onlarınkından fərqlənir; bizdə qeyrət, namus, ailə tərbiyəsi, uşaqları məhrəm mövzulardan uzaq tutma, ictimai yerlərdə açıq-saçıqlığa xoşbaxmama mövcuddur.

Təsəvvür edirsinizmi, həmin dəhlizdən uşaqlar da keçir, xanımlar da keçir, həmin tablolar isə gözə batır. Üstəlik, o tablolar yerində durduqca ifadə etdiyi əxlaqsızlıq motivləri adiləşir, tədricən vərdiş edirik belə hallara; heysiyyatsız halda keçirik tabloların yanından, içimizdən "bu nə tərbiyəsizlikdir!" qınağı keçmir daha, çünki vərdiş edirik, dünənin istisnası bugün bizim üçün, az qalsın, normaya çevrilir... Buna sosial-psixologiyada "tədricən vərdiş" deyilir...

Bəli, incəsənət lazımdır, amma insanı əyləndirməklə yanaşı, onu mənən tərbiyə edən ülviləşdirən incəsənət, əxlaqını korlayan, mənəvi aşınma yaradan, pozğunluğu mədəniyyət olaraq təqdim edən incəsənət deyil!

Qədim Yunanıstan antik dövrün mədəni-mütərəqqi ölkəsi hesab edilsə də, ayıb yerlərinə qədər yonulmuş daş heykəllər (cinsiyyət üzvü "gözə batan" Davidin heykəli və s.) küçələri, bilik akademiyalarını "bəzəyirdi". Çünki inkişaf və tərəqqi, mədəniyyət onlarda maddi nailiyyətlərlə ölçülür, mənəviyyat, əxlaq, ruh sərf-nəzər edilirdi. İnsanı anadangəlmə təsvir və bunu ictimailəşdirmək ayıb sayılmırdı mədəniyyət və incəsənət beşiyi Afinada...

Unutmayaq: incəsənət məsələsi ciddi və mühümdür. Çünki xalqların vicdanı və hissləri ilə əlaqəlidir, onların zövqləri və psixoloji halətlərinin formalaşmasına kömək edir.

İncəsənət də elm kimi həm xeyirdə, qurub-yaratmada, həm də şər və yıxıb-dağıtmada istifadə edilə bilər. Məhz bu məqamda onun təhlükəsi özünü göstərir.

Gözəllik duyğusunu oyadan, zövqü oxşayan, insanı mənən tərbiyə edən, hissləri və əxlaqını korlamayan incəsənət bir şeydir, tərbiyəyə təsir göstərən, dağıdan, aşındıran, pozğun təfəkkürə zəmin hazırlayan incəsənət isə başqa şeydir!

İncəsənəti düzgün başa düşək, onu həyatımıza daxil edək, amma "tənasül orqanları "gözə batan" Afina heykəlləri"nə qayıtmayaq!

Elvüsal Məmmədov / AMEA, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, elmi işçi

Məqalədə : metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
694

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
800

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1541

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
215

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1795

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
839

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
288

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
238

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
294

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
239
Mövzu üzrə xəbərlər
Şərhlər
Təhməz Təhməzzadə tərəfindən 09-12-2018 01:10:06 tarixində yazıldı
Şəxsi fikir
Çox gözəl və yerində olan bir məqalədir. Ümid edirəm ki nəticəsi olar.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 07:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru