Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Dekabr

2017
13:13
6561
Bakıda İslam Peyğəmbərinin mövludu keçirildi - FOTO

Məşədi Dadaş məscidində keçirilən tədbirdə din xadimləri, ictimaiyyət nümayəndələri, elm ve ədəbiyyat və incəsənət sahəsinin təmsilçiləri iştirak edib.

FaktXəbər-in verdiyi məlumata görə, dünən Bakıda Məşədi Dadaş məscidində Məhəmməd Peyğəmbərin (s.ə.s) mövlud məclisi keçirilib.

Tədbirdə din xadimləri, ziyalılar, elm xadimleri iştirak edib. Tədbirin açılış sözünü məscidin axundu Hacı Şahin Həsənli edib. Həzrət Peyğəmbərin irsindən danışan imam camaat Peyğəmbərin (s.ə.s) şəxsiyyətinin bu gün də müsəlmanlar üçün örnək ve birləşdirici olduğunu qeyd edib.

Tədbirdə tanınmış ziyalılar, yazıçı-publisist Orxan Fikrətoğlu, ədəbi tənqidçi Əsəd Cahangir, şair İlqar Fəhmi, fəlsəfə doktoru Mail Yaqub, elecə də axund Hacı Azər, şair Arif Buzovnalı, muğam ifaçısı Mirələm Mirələmov və başqaları çıxış edib.

Məqalədə : Məşədi Dadaş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 04:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru