Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 İyul

2017
11:32
661
Bakıda Qüds problemi ilə bağlı beynəlxalq konfrans keçirilir

Bakıda Qüds problemi ilə bağlı 4-cü beynəlxalq konfrans keçirilir.

BMT və İƏT tərəfindən təşkil olunmuş tədbirdə beynəlxalq təşkilatların təmsilçiləri və diplomatik korpusun nümayəndələri iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev deyib ki, Qüds məsələsi həlli olunmadan Ərəb-İsrail münaqişəsi həll edilməyəcək.

Azərbaycanın Qüds məsələsinə aid BMT qətnamələrinin dəstəklədiyini deyən Ş. Abdullayev hazırda bölgədəki mənfi halların vəziyyəti daha da gərginləşdirdiyini və fələstinlilərin vəziyyətini çətinləşdirdiyini deyib. O, Şərqi Qüdsdə yaşayan fələstinlilərin müqəddəs yerlərlə bağlı mövqeyini və BMT-nin iki dövlətin yanaşı yaşaması üzrə qətnamələri dəstəklədiyini vurğulayıb.

BMT baş katibinin köməkçisi Miroslav Ença isə Ərəb-İsrail münaqişəsi ilə bağlı danışıqların nəticəsiz qaldığını söyləyib. Onun qənaətinə görə, BMT-nin iki dövlət planı daimi sülhün və fələstinlilərin haqlarının bərpası üçün yeganə yoldur. M. Ença bildirib ki, İsrail dövlətinin süni məskunlaşması planının qarşısı alınmalıdır, fələstinlilərin daxilindəki ədavətə son qoyulmalıdır.

Fələstin xalqının hüquqlarının müdafiəsi komitəsinin sədri Rafael Dario Ramires isə Qüdsdə baş verənlərin bütün dünyaya təsir etdiyini deyib. Onun sözlərinə görə, bu məsələ dini fanatiklərin əlindən alınmalıdır, orada yaşayan insanların xeyrinə çevriləcək danışıqlar aparılmalıdır. O qeyd edib ki, turizm və infrastrukturun bərpası Qüdsün fələstinlilər yaşadığı hissəsinin inkişafına təkan verəcək.

İƏT baş katibinin köməkçisi Samir Bakr təşkilatın Qüds və fələstinlilərin müdafiəsi üçün səylərini davam etdirəcəyini deyib. Onun qənaətinə görə, hazırda Qüdsdə baş verənlərin beynəlxalq hüquq və Cenevrə konvensiyasının kobud pozulmasıdır. Bunun regional təhlükəsizliyə təhdid olduğunu deyən S. Bakr bildirib ki, İsrail “status-kvo”nu qorumaq istəyir, beynəlxalq hüquq normalarını pozur və məskunlaşma siyasətini aparır.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riad Mansur isə dindar insanların müqəddəs yerlərə getmələrinin qarşısının alınmasının qəbuledilməz olduğunu söyləyib. Fələstin prezidenti Mahmud Abbasın danışıqlar yolu ilə münaqişəyə son qoyulmasının tərəfdarı olduğunu deyən R. Mansurun sözlərinə görə, İsrailin bir neçə gün əvvəl atdığı ekstremist addımlar hazırkı İsrail hökumətinin sülhün bərqərar olunmasında maraqlı olmadığını sübut edir. 

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru