Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Aprel

2017
10:20
1103
Bakıda polis xidmət zamanı bıçaqlanıb - VİDEO

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanan şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşı, 1988-ci il təvəllüdlü kiçik çavuş Orucov Eldar İmamverdi oğludur.

Hadisə polis əməkdaşları Post Patrul Xidməti maşını ilə əraziyə baxış keçirən zaman baş verib. Polislər qəsəbədə şübhəli "Lada Qrant" markalı avtomobil görərək ona yaxınlaşıblar. İnsident maşında oturan 4 nəfərdən sənədlərini təqdim etmələri tələb olunduğu zaman baş verib. Naməlum şəxslərdən biri arxa qapıdan düşərək E.Orucovun bud nahiyəsinə bıçaq zərbəsi endirib. Maşında olanlardan yalnız birini tutmaq mümkün olub. Hazırda digər üç nəfərin axtarışı davam etdirilir.
Yaralı DİN-in Hospitalına yerləşdirilib. (Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 20:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru