Bakıdakı İsrail səfirliyində dialoq: `Rədd ol! Bura İsraildir!..`

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
15:27
18100
Bakıdakı İsrail səfirliyində dialoq: `Rədd ol! Bura İsraildir!..`
Eynulla Fətullayev Bakıda İsrail səfirliyində başına gələnləri qələmə alıb

FaktXeber.com-un verdiyi məlumata görə, haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev Bakıda İsrail səfirliyində başına gələnləri qələmə alıb. Onun sözlərinə görə, burda baş verənlər  nə diplomatik etiket çərçivəsinə, nə də elementar abır-həyaya, uşaqlıqdan öyrədilən adi ədəbə, insan tərbiyəsinə sığmır.

«Viza üçün İsrail konsulluğuna zəng edirəm. Bir neçə gün, mütəmadi zəng edirəm. Heç kim telefonlara cavab vermir. Nəhayət, turfirmalardakı dostlara müraciət edirəm. Ehtiyatla tövsiyə edirlər: «Səfirliyə getməməyinizi məsləhət bilirəm. Peşman olacaqsınız… Bizə 280 manat ödəyin və biz hər şeyi həll edərik; sadəcə gedib pasportunuzu götürərsiniz». Təəccübümü gizlədə bilmirəm: «Niyə belə baha? Axı bu sadə məsələdir?»  Tanışım istehzalı gülümsəmə ilə deyir: «Gedin, özünüz baxın, ancaq xəbərdarlıq edirəm, peşman olacaqsınız»».

«Seçilmişlər»in səfirliyində qəribə macəraların uzun intizarı ilə, xeyli müddətdən bəri Azərbaycana dost ölkənin ağ-mavi bayrağının dalğalandığı Bakıdakı Hyatt otelə yollanıram. Avtomobilimi park etmək istəyirəm.

«Burada avtomobil saxlamaq olmaz!», - deyə otelin mühafizə xidmətinin əməkdaşı qəzəbli şəkildə elan edir.

«Niyə orda olar, burada isə yox», - deyə sülhsevər şəkildə soruşuram və ilk xəbərdarlığımı da alıram:  «Bura İsrail səfirliyidir», - deyə mühafizəçi kəlmə-kəlmə bildirdi.

«Nə olsun ki? Bax orda, yaxınlıqda, «Baksovet»də  İran səfirliyi var? Hə, nə olsun ki?»

Sekyuriti təkəbbürlə  gülümsəyir: 

- Sən məgər İranla İsrailin fərqini bilmirsən?

Xeyr, anlamıram. Təsəvvür edin  anlamıram və anlamaq da istəmirəm, çünki ümumiyyətlə  mən Azərbaycan ərazisindəyəm – suveren və özünü təmin edən dövlətin. Mübahisə eləmək və səhər tezdən əhvalımı korlamaq istəmirəm. Avtomobilimi demək olar ki, İran səfirliyinin yaxınlığında saxlayıram ki, İsrail səfirliyinə gedim. PİYADA!

Növbəyə dururam. Otelə girişdə dayanan bədəni iri olan və qəzəbli səsli 3 mühafizəçi  hər birimizi içəri dəvət edir. Mənim növbəm çatdı. Yaxınlaşıram. Və burda aramızda misilsiz bir dialoq keçir. Mən belə bir şeylə müstəqilliyimizdən bəri üzləşməmişəm… Hətta bəzən mənə ədəbsiz görünən polis və yol polisləri ilə belə… 

- Salam! – deyə qulağında mikrafon olan mühafizəçini salamlayıram.

- Imııı… - nəsə anlaşılmaz bir səs gəldi. – Pasportunu ver.

- Buyurun.

- Əllərini cibindən çıxart – komanda verirmiş kimi mühafizəçi bağırır.

- Anlamadım, nə?

- Sən karsan? – deyə insana bənzər rəsmiyyətçi cavab verir. 

- Mən kar deyiləm. Sən isə ədəbsizsən!

- Sən kimə deyirsən?

- Sənə!

- Rədd ol burdan… Bura İsrailin ərazisidir, - deyə  dördbucağa bənzəyən bədəni ilə bişməmiş kərpicə oxşayan şəxs deyir. 

- Ümumiyyətlə, bura Azərbaycan ərazisidir! Özün rədd ol! – deyə mən emosiyalarımı güclə boğaraq cavab verirəm.

Bu zaman yanıma polis qaçaraq narahat, demək olar ki, yalvarışlı səslə deyir: «Axı bu, İs-raaa-iiiill səfirliyidr. Onlarla belə eləmək olmaz!»

- Bəs necə lazımdır? Belimi büküm? Salto edim? Niderlanda kimi dilimi uzadım? Onlarla necə lazımdır?

Polis yerində donub qaldı. Yenidən növbəmə qayıdıram. Gözləyirəm. Yarım saat keçir. Polis yenidən mənə yaxınlaşır: «Onlarla hətta nazirlərimiz belə danışmır. Başqa səfirliklərlə dəyişik salma…» 

Daha yarım saat keçir. Artıq 4-cü siqaretmi çəkirəm.  Otelin girişində daha bir kərpicbədənli keçəl görünür. Onun qulağında mikrafon görünür. Barmağı ilə məni çağırır. Yaxınlaşıram.

- Siz bizim əməkdaşımızla necə danışıbsız?

- Normal şəkildə. Mənə əlimi cibimə salmamağı əmr edir. Ümumiyyətlə, mən həbsxanada və hətta hərbi xidmətdə deyiləm. Bu nə tondur?

- Siz burda bizim qanun və tələblərimizə riayət etməlisiniz.

- Axı siz mənim üzərində axtarış etməmisiniz. Mən ancaq sənədlərimi təqdim etmişəm.

- Qısacası, sən viza almaq istəyirsən? Sus və sənə deyiləni et. Anladın?

- Sən harda tərbiyə alıbsan, çudo-yudo (rus mifologiyasında dəniz yırtıcısı – red.)?

- Sən kimə deyirsən? Mən səfirliyin təhlükəsizlik  xidmətinin rəisiyəm.

- Tüpürüm kimliyinə!

Çevrilirəm və gedirəm. Yenə girişdə dururam. Polis dəhşətli təəccüb içində və özünü itirmiş halda susqun şəkildə baş verənləri izləyir. Bir saat keçir. Altıncı siqaretimi çəkirəm.

Heç kim yoxdur. İsrailə, yaxşı tanışım və həmkarım olan keçmiş səfir İosif Şaqala zəng edirəm. Ölkəsinin qapısının ağzında üzləşdiyim rüsvayçılığı anladıram: «Doğurdanmı sizdə heç kəs anlamır ki,  səfirlik – ölkənin  vizit kartıdır. Və qonaq olduğun ölkədə belə etmək olmaz. İranlılar özlərini belə aparmırlar. Heç kim özünü belə aparmır».

Sabiq səfir heç təəccüblənmir də. O, gülür və bütün dünya səfirliklərində rəsmiyyətçilərin  ənənəvi davranışı olduğunu deyərək, məni sakitləşdirməyə çalışır. Digər tanışlarıma zəng edirəm. Onlar da təəccüblənmirlər. Məlum olur ki, hətta İsraildə – mağazanın girişində, oteldə, aeroportlarda xidmətləri belə aparırlar… Çünki bu «seçilmiş» ölkədir! Mən bu izahı qəbul etmirəm. Və İsrailə getmək həvəsim tamamilə itir.

Yaxşı olar ki, Tehrana gedim. Qədim fars mədəniyyəti və dini ənənə ədəbsizlik və zorakılığı qadağan edir. Ən azı ictimai və nümayişkaranə surətdə…

Məqalədə : Eynulla Fətullayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 12:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com