Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2019
21:26
4118
Bakıda kriminal avtoritet güllələndi - FOTO-YENİLƏNİB

Bakının Binəqədi rayonunda odlu silahla qətl törətməkdə şübhəli bilinən digər şəxsin adı da məlum olub.

Bu, Cəlalov Taleh İbrahim oğludur.

O, Hüseynov Səxavət Oruc oğlu ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir. Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

20:17

***

Bakının Binəqədi rayonunda atışma olub. Kriminal aləmin  nümayəndəsini Bakının ortasında öz avtomobilində güllələyiblər.

Bu barədə Binəqədi rayon polisindən məlumat verilib. Verilən məlumata görə, Binəqədi rayonunda “Favorit” supermarketinin yanında atışma olub və bir nəfər odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Bundan bir qədər sonra YPX əməkdaşları hadisədə şübhəli bilinən 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobili saxlayıb. Avtomobildə iki nəfər olub. Onlardan biri Hüseynov Səxavət Oruc oğludur.

Qeyd edək ki, 10-VT-117 qeydiyyat nişanlı “BMW 745” markalı daha bir avtomobil də axtarışa verilib. Bu barədə paytaxt ərazisində bütün polis əməkdaşlarına məlumat verilib.

İnsidentin digər təfərrüatları dəqiqləşdirilir.

Məqalədə : Bakı kriminal avtoritet 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
0

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
749

Neft yenidən bahalaşıb

19

İyun
09:55
İQTİSADİYYAT
582

Xarici valyutaların manata qarşı məzənnələri

19

İyun
09:44
İQTİSADİYYAT
398

Azərbaycan nefti ucuzlaşdı

19

İyun
09:25
İQTİSADİYYAT
82

Babək prospektində qəza

19

İyun
09:25
HÜQUQ,HADİSƏ
1593
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 11:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru