Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
11:27
772
Bakıda daha bir doğuş faciəsi - Cinayət işi açıldı

Bakıda 33 yaşlı qadının doğuş vaxtı ölməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

FaktXeber.com-un verdiyi məlumata görə, Xətai rayonu, Yusif Səfərov küçəsi 12 ünvanında yerləşən Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Bəkirova Kəmalə Kazım qızının doğuşdan bir neçə saat sonra vəfat etməsi hadisəsi ilə bağlı Cinayət Məcəllsəinin 314.2-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Bu arada o da məlum olub ki, K.Bəkirova ilə birgə dünyaya gətirdiyi oğlunun vəfat etməsi ilə bağlı məlumat yanlışdır. Belə ki, Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə ana və övladının doğuş vaxtı ölməsi barədə məlumat daxil olub. Dərhal məsələ ilə bağlı araşdırmalara başlanılıb və körpənin sağ olduğu, həyatına təhlükə qalmadığı üzə çıxıb.

Bildirilir ki, 33 yaşlı K.Bəkirova Şamaxı rayonunda yaşayıb və 2 övlad anasıdır. Üçüncü hamiləliyi çox ağır keçdiyindən Şamaxı rayon Xəstəxanası onu daha ixtisaslaşmış tibb müəssisəsi olan Perinatal Mərkəzə yönləndirib. İyulun 11-də gecə saatlarında qadın Bakıda 3-cü övladını dünyaya gətirib. Bir neçə saat sonra isə doğuşun fəsadları nəticəsində o vəfat edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə : ana ölümü 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru