Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 İyul

2017
09:40
656
Bakıda baş vermiş qətlin üstü açılıb

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

FaktXəbər-in məlumatına görə,  Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatda bildirilib ki, iyulun 10-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 82 saylı ünvanda 1951-ci il təvəllüdlü Barışov Yuriy Petroviçin üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətləri olan meyiti aşkarlanıb.

Həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Akayev Hüseyn Ramazanoviç tərəfindən törədilməsinə kifayət qədər şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilib.

Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Məqalədə : qətl 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru