Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 May

2017
12:37
621
Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq.

Arabir güclənən cənub-qərb küləyi  axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz 26-31° isti, Bakıda gecə  15-17° isti, gündüz  28-30° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan aşağı 752 mm civə sütunundan 756  mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz  27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru