Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Avqust

2018
08:59
Bakıda yol polisi sürücünün həyatını xilas etdi - VİDEO

Bu gün Qaradağ rayonu ərazisində yerləşən Yol Patrul Xidməti postunun yaxınlığında avtomobilin yolun kənarında dayanması və sürücünün halının pisləşməsi barədə posta məlumat daxil olub. "FaktXəbər” avtosfer.az-a istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları hadisə yerinə gedib. Sürücünün huşsuz vəziyyətdə sükan arxasında olduğunu görüblər. Dərhal təcili yardıma zəng ediblər. Hadisə yerinə gələn həkimlər sürücüyə tibbi yardım göstərib. Sürücünün ağır xəstəliyi olduğu üçün ona müxtəlif dərmanlar verilib.

Daha sonra həkimlər bildiriblər ki, xəstəyə təcili qida lazımdır. Bundan sonra postun əməkdaşları onu YPX postuna dəvət edib, ona yemək və su verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DYP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 18:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com