Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

12 Yanvar

2017
12:52
745
Bakıda yeni yol zolağı açıldı - əks istiqamətdə

Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti istiqamətində avtomobillərin hərəkəti üçün yeni zolaq yaradılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, hazırda həmin dəyişikliklə əlaqədar "Beşmərtəbə" dairəsində xronometraj aparılır:

"Çox güman ki, bu özünü doğruldacaq. Bir neçə günlük xronometrajın nəticələrinə baxılacaq. Əgər bu, ərazidə sıxlığı aradan qaldırsa, həmin zolaq avtomobillərin daimi istifadəsinə veriləcək”.

Bölmə rəisinin sözlərinə görə, ərazidəki təhlükəsizlik zolağından Azərbaycan prospekti istiqamətində hərəkətdə olan avtomobillər üçün bir zolağın açılmasında məqsəd təhlükəsizliyi təmin etmək, sıxlığın qarşısını almaqdır. (Trend)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com