Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
11:51
Bakıda silahlı narkobaron saxlanılıb

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə FaktXəbər-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən, Hövsan Südçülük Sovxozunda yaşayan Novruz Salayev polislər tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 4 kiloqram 626 qram qurudulmuş marixuana, 2,725 qram heroin və 198,542 qram narkotik tərkibli bitkilərin kultivasiya üçün nəzərdə tutulan çətənə toxumu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evdən əlavə olaraq “BLOW Maqnum Voltran” markalı tapança aşkar olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : silahlı narkobaron 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 09:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com