Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2017
13:23
1064
Bakıda qaz kəmərində baş vermiş yanğın söndürülüb

2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün səhər saat 07.00 radələrində kəmərin eyni yerində qeydə alınıb.

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində yanğın tam söndürülüb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 03:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com