Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
14:23
1340
Bakıda piyada 120-lik yolda ölümlə üz-üzə dayandı - VİDEO

Bakının əsas yollarından olan Beynəlxalq Hava Limanı şosesində təhlükəli anlar yaşanıb.

FaktXəbər-in məlumatına görə, naməlum piyada gecə saatlarında ölümü gözə alaraq sürət həddi 120 km/saat olan yolda maşınların arası ilə hərəkət edir.

Şahidlərdən biri baş verənləri telefonla çəkərək sosial şəbəkələrdə yayıb.

Görüntülərdən məlum olur ki, naməlum şəxsin gəzdiyi ərazinin yaxınlığında piyada keçidi var.

Məsələ ilə bağlı Trend-ə danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sözügedən piyadanın bu hərəkəti böyük qayda pozuntusudur:

“İlkin olaraq həmin piyada tapılmalıdır, güman etmək olar ki, onun sağlamlığında hər hansı problem var. Ola bilsin ki, həmin an o, sərxoş halda olub”.

Ə.Hüseynovun sözlərinə görə, piyada polis tərəfindən cərimələnməlidir.

“Hər birimiz insanıq, ola bilər ki, ruhi əsəb xəstəsidir, əslində biz ona kömək etməyə borcluyuq. Əgər normal insandırsa, həmin şəxs ərazidə xidmət edən hüquq-mühafizə orqanları tərəfindən tapılaraq cərimələnməlidir”.

Nəqliyyat üzrə ekspert sonda sürücülərə tövsiyə edib ki, bu cür hallarla rastlaşdıqları zaman dərhal polis əməkdaşlarına xəbər etsinlər.

Məqalədə : aerport yolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
73

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
154

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2097

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
497

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
167
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 18:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru