Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Dekabr

2016
20:42
768
Bakıda oğrular liftləri qarət etməyə başlayıb - VİDEO

Bakıda oğruların bu dəfəki hədəfi yaşayış binaları olub.

Oğrular nə insanların təhlükəsizliyini, nə də rahatlığını düşünməyiblər. Yaxalandıqları zaman qanun da onların göz yaşlarına baxmayacaq.

Paytaxtın Yeni Yasamal-2 yaşayış massivindəki 7 saylı binada oğurluq hadisəsi baş verib. Oğrular liftlərin ehtiyat hissələrini götürüblər. Bina sakinləri liftin xarab olduğunu fikirləşərək usta çağırıblar. Ustanın rəyi onları təəccübləndirib.

Hadisə barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə və ərazi üzrə polis bölməsinə məlumat verilib. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində faktla bağlı araşdırmalara başlanılıb.

Verilən məlumata görə, Dadaş Bünyadzadə küçəsindəki 13 saylı və Yeni Yasamal-1 yaşayış massivindəki 11 saylı binalardan da liftlərin ehtiyat hissələri oğurlanıb. Cinayətlərin hamısı eyni üsulla törədilib. (ARB TV)

Məqalədə : lift oğurluq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru