Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
12:30
270
Bakıda məşhur marketə silahlı hücum edildi

Azərbaycanda supermarketə silahlı basqın olub.

FaktXəbər "Qafqazinfo"-ya istinadla xəbər verir ki, "Bazarstore" marketlər şəbəkəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən filialına gələn maskalı şəxs silahla kassiri hədələyərək pul tələb edib.

Mağazanın mühafizəçiləri və müdir müavini Famil Babayev həmin şəxsə müdaxilə edərək zərərsizləşdirmək istəyiblər. Silahlı şəxs tapançanın arxası ilə Famil Babayevin başından vuraraq oradan qaçıb.

Abşeron Rayon Polis Şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (silahlı quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün istintaq aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : silahlı hücum 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-03-2019 04:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com