Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Yanvar

2017
13:45
3740
Bakıda meyitləri tapılan əcnəbi futbolçuların hansı klubda çıxış etdiyi müəyyən olunub

Bakıda mənzildə meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi klub müəyyən edilib.

FaktXəbər-in “Apasport”a istinadən verdiyi məlumata görə, kamerunlu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linusme həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “SabunçuSpor” klubuna çıxış ediblər.

Senan Nike əvvəllər “SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb.

Qeyd edək ki, Bakının Yasamal rayonunda mənzildə Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin meyiti tapılıb. Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru