Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
15:14
1497
Bakıda kriminal avtoritetə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək sonuncunu döyüb. K.Hüseynova yumruq və təpik zərbələri vurub. Beləliklə, K.Hüseynovun müxtəlif dərəcəli bədən xəsarəti almasına səbəb olub.

A.Məhərrəmovun üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək götürülüb. A.Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.(Report)

Məqalədə : judicial 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 15:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com