Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2017
09:37
689
Bakıda kirayədə qalanlar, QİYMƏTLƏR dəyişdi

Mart ayında Bakıda kirayə mənzil bazarında qiymətlərdə dollarla ifadədə 0.58 faiz artım, manatla ifadədə isə 1.93 faiz azalma müşahidə olunub.

Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, ilin əvvəli ilə müqayisədə qiymətlərdə dollarla ifadədə 9.4, manatla ifadədə isə 13.4 azalma var. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə dollarla ifadədə 0.58, manatla ifadədə isə 12.91 faiz artım var.

Ekspert əlavə edib ki, tədris ilinin sona çatması ilə əlaqədar may-iyul aylarında adətən kirayə mənzil bazarında qiymətlər təqribən 6-7 faiz aşağı düşür, amma avqustun 20-dən sonra, sentyabr ayında 13-15 faiz artır. N.İbrahimov vurğulayıb ki, ən çox tələb 2 otaqlı mənzillərədir.

N.İbrahimov əlavə edib ki, son iki il ərzində rəhbərlik etdiyi qurum tərəfindən Bakının kirayə mənzil bazarında qeydə alınan ən bahalı aylıq kirayə haqqı 5 min manat olub. (Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru