Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
09:00
836
Bakıda kişi özünü polis bölməsinin qarşısında yandırdı

Sulutəpə qəsəbəsində kişi üzərinə benzin tökərək özünü yandırıb. Hadisə həmin ərazidə yerləşən 40-cı polis bölməsinin qarşısında baş verib.

Bildirilir ki, 1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu bu addımı atmazdan bir müddət öncə polis bölməsinə müraciət edib. Sonra naməlum səbəbdən mübahisə yaranıb.

Ətrafdakı şəxslər T. İslamovu dərhal Respublika Yanıq Mərkəzinə aparıblar. Mərkəzin baş həkimi Şöhrət Məmmədovun oxu.az-a verdiyi məlumata görə, xəstənin vəziyyəti ağırdır:

“Xəstə çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Aşağı qurşağa qədər bədənin demək olar ki, 60-65 faizi yanıb. O, reanimasiyada həkim nəzarətindədir. Dediyinə görə özü-özünü yandırıb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun xəstə ciddi həkim nəzarətindədir: “Hadisə nəticəsində xəstənin bədəninin 65 faizədək yaxın hissəsi yanıb. Vəziyyəti kritikdir. Reanimasiya şöbəsində həkimlərin ciddi nəzarəti altında saxlanılır”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yandırdı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 15:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com