Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2018
17:44
Bakıda keçirilən hərbi paraddan möhtəşəm görüntülər - FOTO-VİDEO

Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan parad başa çatıb.

Faktxeber.com xəbər verir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilən Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu olub.

Hərbi Hava Qüvvələrinin uçuş nümayişini “Mi-17” tipli iki helikopter açıb. Birinci helikopter Azərbaycan Respublikasının dövlət bayrağını, ikinci helikopter isə Türkiyə Respublikasının dövlət bayrağını aparırıb.

“Su-25” hücum təyyarələri Bakı səmasında Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaradıblar.

“MİQ-29” təyyarəsi yüksək pilotaj fiqurları nümayiş etdirib.

Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları başlayıb. 

Türkiyəli şahinlər Azadlıq meydanı üzərində yüksək məharətlərini nümayiş etdiriblər, Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkiblər.

Bununla da Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad başa çatıb.

Qeyd edək ki, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu paradı xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərliyi ilə birləşmiş hərbi orkestr müşayiət edib. 

***

Bu gün – sentyabrın 15-i Bakının işğaldan azad edilməsinin  100 ili tamam olur. 1918-ci il sentyabrın 15-də Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri işğalçılardan azad edib.  Məhz bu əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq bu gün Bakının Azadlıq Meydanında hərbi parad keçirilir.

Faktxeber.com məlumat verir ki, paradda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

Parad Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra isə müğənni Azərinin ifasında “Çırpınırdı qara dəniz” mahnısı səsləndirilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Parad 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com