Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
12:32
Bakıda iki marşrut xəttində dəyişiklik edilib

Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : marşrut xətti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 09:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com