Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Mart

2017
10:20
918
Bakıda iki evdən 19 100 manatlıq oğurluq edilib

Bakıda bir küçədə yerləşən iki evdən ümumilikdə 19 100 manatlıq oğurluq edilib. Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərhad Əliyevə məxsus Binəqədi qəsəbəsi, İsfahani küçəsi, ev 11 ünvanından naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla 12 600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda, naməlum şəxs və ya şəxslər həmin küçədə 1965-ci il təvəllüdlü Rəsmiyyə Nəcəfovaya məxsus ev 32 ünvanından pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 5 800 manat pul və 700 manat dəyərində 3 ədəd qızıl üzük oğurlayıblar. Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 14:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru