Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Aprel

2017
16:20
330
Bakıda şəhid abidəsini söküb yerində hündürmərtəbəli bina tikirlər

Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 52-də yerləşən "Şəhidlər parkı” sökülərək yerində çoxmərtəbəli bina tikilir. Şəhid Şahin Səməd oğlu Məmmədovun adının əbədiləşdirilməsi  məqsədilə çəkilmiş xatirə bulağı və abidəsi isə götürülərək parkın hazırda xarabalığı xatırladan ərazisinə köçürülüb.

Bu barədə virtualaz.org saytına Məzahir Rüstəmov küçəsinin sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl gecə saatlarında parkın aşağı hissəsi hasarlanıb və katlavan qazıntısına başlanılıb. Sakinlər tikintinin dayandırılmasına etiraz ediblər,  əraziyə polis dəvət olunub.

Tikinti şirkətinin nümayəndəsi isə parkın ərazisinin satın alındığını, bunu təsdiqləyən sənədlərin olduğunu deyib. 

Park mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov tərəfindən abadlaşdırılmışdı. Sakinlər deyirlər ki, bu parkın qara günləri şəhidin atası dünyasını dəyişəndən sonra başlayıb.

Park ətrafdakı 7 binanın sakinlərinin istirahət etməsi üçün yeganə məkan idi. Parkın ətrafında iki məktəb, bir uşaq bağçası yerləşir.

Parkdakı meyvə ağazları quruyub. Sakinlər binaya gedən yolun tikintisi zamanı çoxillik ağacların qırılacağından da narahatdılar.  

Xətai Rayon İcra Hakimiyyəti sakinlərin çoxsaylı müraciətlərini qulaqardına vurub.

Rayon icra hakimiyyətindən isə sualları cavablandıracaq səlahiyyətdə olan əməkdaşın hazırda işdə  olmadığını bildirilib. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru