Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2017
10:33
4163
Bakıda gecə reydində gərgin anlar: `Get işinlə məşğul ol` - VİDEO

Bakının Sabunçu rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən növbəti reyd aparılıb. Reyd aparılan zaman sürücülərdən biri polisin "saxla!" əmrinə tabe olmayıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları Bakıxanov qəsəbəsində "10-XP-469" dövlət qeydiyyat nişanlı "QAZ-33023" markalı yük avtomobilinin sürücüsünə maşını şübhəli idarə etdiyi üçün "saxla!" əmri verib. Əmrə tabe olmayan sürücü polis əməkdaşlarından uzaqlaşmağa çalışıb. O, YPX əməkdaşları tərəfindən yaradılan süni tıxac sayəsində saxlanılıb.

1988-ci il təvəllüdlü sürücü Maksumov Aydın Nadir oğlu avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Lakin o, məntəqədə həkim müayinəsindən imtina edib. Sürücü sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub.

A.Maksumov həmçinin "Report"un çəkiliş qrupuna hədə-qorxu gəlib. Avtomobil cərimə meydançasına yerləşdirilib.(Report)

Məqalədə : Reyd 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-04-2018 12:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status