Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
08:41
1434
Bakıda dəhşətli qəza; maşın yandı, 2 nəfər öldü - FOTO

Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

37 yaşlı Rahid Məmmədov idarə etdiyi "10-HF-590" dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobillə üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə ikən, yüksək sürətlə qəfil qarşısına çıxan "Range Rover"lə toqquşub.

Şahidlərin sözlərinə görə, qəza nəticəsində "Range Rover"in sürücüsü yüngül bədən xəsarətləri alıb. Zərbənin gücündən "Range Rover" yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

"Ford" markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orucov Orxan Fikrət oğlu çıxarılıb və "təcili yardım"ın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü R.Məmmədov isə elə hadisə yerində ölüb.

Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır./Report

Məqalədə : dəhşətli qəza DYP 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 07:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com