Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Yanvar

2017
16:53
736
Bakıda 88 saylı avtobus qəza törətdi

Bakıda daha bir avtobus qəzası qeydə alınıb. Yanvarın 5-də 88 saylı avtobus Səbayel rayonu, Rəşid Behbudov küçəsində qəza törədib.

Bu barədə sərnişinlər məlumat verib. İdarəetməni itirən avtobus minik maşınına çırpılıb.

Bakı Nəqliyyat Agentliyindən isə deyiblər ki, ilkin məlumatlarda hadisəyə minik maşınının sürücüsünün günahkar olduğu bildirilib. “Minik maşınının sürücüsü qırmızı işıqda hərəkət etdiyi üçün qəza baş verib. Yol polisi tərəfindən aparılan araşdırmadan sonra hadisəyə qiymət veriləcək”, - mərkəzdən söyləyiblər.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, dekabrın sonundan indiyədək avtobusların iştirakı ilə 7 qəza baş verib. (virtualaz.org)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : avtobus qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru