Tarix:11-04-2017 15:10
Bakıda 600-700 manata satılan oyuncaqları kimlər alır? - ARAŞDIRMA
Şərh yaz

Bir zamanlar Hindistanda, Misirdə dini inanc məqsədilə hazırlanan fiqurlara uşaqların marağının artması dünyaya oyuncaq sənayesini bəxs etdi. Düzdür, Azərbaycan nə eramızdan əvvəl, nə də eramızda bu prosesdən yararlana bilmədi. Belə ki, gəlirli sahə olmasına, tələbatın ildən-ilə artmasına baxmayaraq, sahibkarlarımız oyuncaq istehsalına maraq göstərmirlər. Nəticədə bazar bu gün xarici şirkətlərin, xüsusilə Çinin əlindədir.


Dünya oyuncaq biznesi

Beynəlxalq oyuncaq sənayesinin dövriyyəsi milyard dollarla ölçülür. 2013-cü ildə dünya üzrə oyuncaq bazarının gəliri 84,1 milyard dollar təşkil edib. 2011-ci ildə bu rəqəm 83,3 milyard dollar olub. Nəzərə alsaq ki, dünyada oyuncaq industriyasına hökmranlığı Çin edir, yəni isteshalın 80 faizi bu ölkənin payına düşür 4 oyuncaqdan 3-nün etiketinə "Made in China" yazılmasına təəccüblənməyə dəyməz.

Ümumiyyətlə isə bazarın beş böyük istehsalçının - Mattel, Namco Bandai, Lego, Hasbro və Jakks Pacific şirkətlərinin sərəncamındadır. Onlar həm də əsas oyunçular hesab edilirlər. Konkret olaraq "Mattel"in 2015-ci ildə gəliri 5,2 milyard dollar təşkil edib. O ki qaldı satışların hansı ölkədə yüksək olmasına, araşdırmalar göstərir ki, övladına ən çox oyuncaq alanlar böyük britaniyalılardır. Bu ölkədə orta statistik vətəndaş hər il oyuncağa 508 avro xərcləyir. Rusiyada bu rəqəm 300, Amerikada 371, Fransada 358, Almaniyada 336, İtaliyada 187 dollardır. Maraqlıdır, Azərbaycanda orta statistik vətəndaş ildə oyuncağa nə qədər vəsait xərcləyir? Rəqəmi tapmağa çalışdıq.  


Oyuncaq  satışının pərakəndə ticarətdəki payı artıb

İlk əvvəl rəsmi statistikaya müraciət etdik. Məlum oldu ki, belə bir hesablama yoxdu. Amma oyuncaq satışının pərakəndə ticarət dövriyyəsindəki həcmi yüksəlib. 2015-ci ildə oyun və oyuncaqların pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi  0,40 faiz, 2014-cü ildə 0,31, 2013-cü ildə 0,27 faiz olub. Bu, mineral suların pərakəndə ticarət dövriyyəsindəki payından cəmi 0,17 faiz aşağı rəqəmdir. Deməli, heç də kiçik dövriyyə deyil. Onu da qeyd edək ki, Azərbaycanda uşaqların sayı (0-18 yaşa qədər) 2 milyon 800 min nəfərdən artıqdır. Məsələyə bu tərəfdən yanaşdıqda da bazarın nə qədər rentabelli olduğu üzə çıxır. Sadəcə, məsələ odur ki, oyuncaq satışında xeyiri öz ölkəmizə deyil, xarici istehsalçılara veririk. Çünki bazar idxal hesabına formalaşıb. Bu barədə bir qədər sonra...

Sahibkarlar oyuncaq istehsalında maraqlı deyillər

Azərbaycanda oyuncaq istehsalı ilə məşğul olan sənaye müəssisəsi yoxdur. Ümumiyyətlə, bu günə qədər bazarda yerli istehsala bir dəfə rast gəlinib. O da SSSR dövründə 1956-cı ildən Bakıda kukla fabrikində istehsal edilən bərk  plastik kütlədən olan kuklalar idi. Onların da ya saçları seyrək, ya da ayaqları əyri olurdu. Nəticədə valideyn pulunu göyə sovurmamaq üçün digər sovet ölkələrinin istehsal məhsullarını alırdılar. Müsətqillikdən sonra kukla istehsalı dayandı. Yeni yaranmış özəl sektor bu sahəyə maraq göstərmədi. Araşdırmalarımız göstərir ki, bu günə qədər oyuncaq istehsalı müəssisəsinin yaradılması ilə bağlı bir iqtisadi subyekt müvafiq orqanlara  müraciət etməyib.


O səbəbdən də uşaqlarımız niyə xarici cizgi filmlərinin qərəmanlarını, keyfiyyətsiz Çin oyuncaqlarını sevərək böyüyürlər deyib, qınaq açmağımız yersizdir. Yerli sahibkarlarımız bu işə sərmayə yatırıb, daxili istehsalla məşğul olmaq istəmirlərsə, günah nə Çində, nə də idxalçılardadır.

Milyardlar qazanmaq olar

İş adamlarının bu sahədən qaçma səbəbləri bəlli deyil. Çünki Azərbaycanda oyuncaq istehsalı üçün kifayət qədər potensial var. Xammal rolunu oynayan rezin, metal, ağac, lifli materiallar, plastik kütlə bunların  əksəriyyətinin istehsalı ilə məşğul olan zavodlar mövcuddur. Sektorun rentabelliyinə gəlincə, məşhur iş adamı Tay Uorner 2,4 milyard dollar sərvəti məhz oyuncaq ayı istehsalından qazanıb. Sıfırdan yaratdığı şirkətin ("Ty İnc"in) dəyəri 6 milyard dollardır.

Yerli bazar və qiymətlər

Yerli istehsalın yoxluğu oyuncaqların baha olmasına gətirib çıxarıb. Araşdırmalarımız göstərir ki, oyuncaqların dəyəri 5 manatdan başlayaraq 300, hətta bəzən daha yüksək məbləğə qədər gedib çıxır. Hazırda şəhərin ən bahalı oyuncaq dükanları "HUGS", "Gallery4kids", "Mothercare" hesab edilir. Məsələn, "Gallery4kids"  "My little horse" oyuncağının dəyəri  52, "Garanimals" oyuncağı 42, "Fisher Price" brendinə məxsus kiçik zebra atının dəyəri 311,80 manatdır. "Hot Wheels" şirkətinə məxsus oyuncaq maşın 191 manat təşkil edir. Qiymət cədvəlini uzatmaq da olar. "Gallery4kids"dən öyrəndik ki, 1000 manat dəyərində oyuncaqlar var. Bu dükanla müqayisədə "Mothercare" və "HUGS"də qiymətlər nisbətən ucuzdur və 15 manatdan başlayır. Diqqəti çəkən isə hər üç mağazada oyuncaqların əksəriyyətinin Çin istehsalı olmasıdır. Bahalı oyuncaq brendlərinin belə istehsal yeri Çindir.


Adi mağazalarda da qiymətləri ucuz hesab etmək olmaz. Xüsusilə yumşaq oyuncaqlar, kuklalar bahadır. 40 sm uzunluğunda kuklanın dəyəri 18 manat təşkil edir. Təbii ki, burada keyfiyyətdən söz ola bilməz.   

Bütün bunlardan çıxış edib belə söyləmək olar ki, azərbaycanlı valideynlər də böyük britaniyalılardan geridə qalmırlar. Azı italyanlar qədər oyuncağa pul xərcləyirlər.

Milli kuklalarımız xına məclislərinə gedir

Uşaq oyuncaqları uşağın zehni, estetik, fiziki tərbiyəsində və inkişafında mühüm rol oynayır. Oyuncaqlar uşağa ətraf mühiti dərk etməkdə də kömək edir. Bu gün uşaqlarımız "Barbi"ni," Pitaçok"u, "Vinni-Puxu","Şreki" daha yaxşı tanıyırlar nəinki, "Cırtdan"ı, "Göyçək Fatma"nı, "Tıq-tıq xanımı". Sonuncular hazırda böyüklərin marağındadır. Belə ki, emalatxanalarda, evlərdə sifarişlə hazırlanan milli geyimdə kuklalardan daha çox xına mərasimlərində istifadə edilir. Həmin kuklaların dəyəri isə 20 manatdan başlayaraq 100 manata qədər yüksəlir. Bəzən kuklanın uzunluğundan asılı olaraq 600-700 manat da təşkil edir.

Kimdən nə qədər oyuncaq almışıq?

Gömrük Komitəsinin statistikasında oyuncaq idxalı bir neçə bölmədə təsnifləşdirilib. Məsələn, 2017-ci ilin yanvar ayında ölkəyə 996.40 min dollar dəyərində oyuncaqlar, oyunlar və idman inventarı, onların hissələrı, ləvazimatları idxal edilib. 2016-ci ilin analoji dövründə bu rəqəm  430.67 min dollar təşkil edib. 2015-ci ildə 7 618.17 min dollar dəyərində, 2016-ci ildə  19 725.87 dəyərində idxal reallaşdırılıb. Artım 258.93 faiz təşkil edib. Gömrük Komitəsində daha bir statistika mal qrupları üzrədir. 2016-ci ildə 972,3 ton yəni 2860,27 min dollar dəyərində üçtəkərli velosipedlər, samokatlar, pedallı avtomobillər və təkərli oyuncaqlar, kuklalar, uşaq arabaları, digər oyuncaqlar, 10225.71 min ədəd heyvanları və ya digər canlıları (insandan başqa) təsvir edən oyuncaqların idxalı reallaşdırılıb. 2014-cü ildə ölkəyə  80,9 ton oyuncaqlar, oyunlar, 1324,6 min ədəd  heyvanları və digər canlıları (insandan başqa) təsvir edən oyuncaqlar gətirilmişdi. Maraqlıdır ki, ixarc da reallaşdırmışıq. 2016-ci ildə xarici ölkələrə (Özbəkistan, Moldava, Belarusiya, ABŞ)  5.11 min ədəd (13.73 min dollar dəyərində) heyvanları və digər canlıları təsvir edən oyuncaq ixrac edilib. Bu da tranzit məqsədli olub.  


O ki qaldı hansı ölkədən nə qədər oyuncaq idxal etməyimizə, ötən il  Belarusiyadan 3.52 min ədəd (15,48 min dollar), Rusiyada 86,28 min ədəd (52,97 min dollar), Ukraynadan 23.24 min ədəd (45 min dollar ), Almaniyadan 2,87 min ədəd (27 min dollar) ABŞ-dan 31, 83 min ədəd (26 min dollar) heyvanları və ya digər canlıları (insandan başqa) təsvir edən oyuncaq almışıq. Əsas idxal bazarımız isə Çin olub. Çindən 8752.43 min ədəd yəni 5085.45 min dollar dəyərində oyuncaq almışıq.

Yeri gəlmişkən, onu da bildirək ki, ən bahalı oyuncaq ticarətini Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı ilə aparmışıq. 1,2 min ədəd oyuncağın idxal dəyəri 23,5 min dollar olub. (Milli.az)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : T.
Teqlər :
Bakıda - 600-700 - manata - satılan - oyuncaqları - kimlər - alır? - - - ARAŞDIRMA -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:11-04-2017 15:10 - Oxundu: 287
Araşdırma
24-04-2017 14:15 Azərbaycanda əhali daha az çörək yeməyə başlayıb
22-04-2017 14:05 Uşaqlar məktəbdə nə yeyirlər?
19-04-2017 14:28 Azərbaycanın xaricdə müxbirləri olan televiziya və agentlikləri - SİYAHI
14-04-2017 11:25 Azərbaycanın "Robinzon"u: "Bu adada beş qəbir olacaq, beşinci mənim..." - FOTO
11-04-2017 15:10 Bakıda 600-700 manata satılan oyuncaqları kimlər alır? - ARAŞDIRMA
04-04-2017 15:41 Bəzi ölkələrdə qadağan edilən içkilər Azərbaycanda niyə satılır?
30-03-2017 14:50 Azərbaycanlılar xaricdə kütləvi şəkildə daşınmaz əmlak alır
28-03-2017 13:38 "Azəriqaz" barədə daha bir bibaırçılıq: milyonlar havaya necə uçurulub
27-03-2017 12:09 Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
16-03-2017 09:14 Faciənin baş verdiyi evin sahibi: "Qaz xətti də bağlı idi"
13-03-2017 14:20 Kəndlilərə bildiriş gəlib: Torpağı ək, yoxsa…
01-03-2017 14:46 Müşfiqin büstünü hamı müdafiə etdi, bəs bu Müşfiq? – FOTO
18-02-2017 13:03 Bakıda təmiz su fırıldağı: qapı-qapı gəzən təhlükə
15-02-2017 14:51 Uşaqların internet asılılığının əsl səbəbkarı kimdir? ARAŞDIRMA
13-02-2017 14:22 Cərrahlar niyə məhz yaşıl və mavi forma geyinir?
10-02-2017 11:16 İnternet zaman anlayışını dəyişir
10-02-2017 10:31 Yerli quş əti bahalaşır, səbəb...
10-02-2017 10:07 Bakıda kürünün kiloqramı 1500 dollardır
08-02-2017 09:30 1000 manat ver, Azərbaycan vətəndaşı ol, amma...
07-02-2017 10:39 Böhranda cibinizə münasib yemək hazırlamağın qaydası
03-02-2017 13:06 4000 nəfərin həyatına son qoyan TARİXİN ƏN ÖLÜMCÜL ÇOVĞUNU - FOTO
01-02-2017 12:27 Bakıda toy böhranı – bəzi şadlıq sarayları bağlana bilər
27-01-2017 22:09 Məcburi köçkünlər Hadı Rəcəblini yataqxanaya dəvət etdilər - FOTO
27-01-2017 10:43 Sovetin ilk mobil telefonu – LK-1 FOTO-VİDEO
24-01-2017 14:33 Kanadaya miqrasiya qaydaları – ARAŞDIRMA
21-01-2017 14:33 Köhnə çörəklər xəmirə qatılmaq üçün zavoda qaytarılır?
19-01-2017 16:05 "Kaspersky Lab": "Like" hərisliyi depressiyaya səbəb olur - FOTO
18-01-2017 11:10 Maqnitlə yanacağa qənaət etmək olarmı?
17-01-2017 14:47 Azərbaycandakı banklar müştəriləri ilə hansı dildə danışır? - MONİTORİNQ
10-01-2017 12:41 Harri Hudini – Böyük sehrbazın AXMAQ PƏRƏSTİŞKARA görə ölümü
26-12-2016 11:15 Android telefonları sürətləndirməyin yolları - ARAŞDIRMA
19-12-2016 22:36 İndiyə kimi neçə Rusiya səfiri öldürülüb? - ARAŞDIRMA - FOTO
16-12-2016 16:57 Suriya yalanlarının son nümunəsi: 7 yaşlı Hələbli Bana - ARAŞDIRMA
12-12-2016 16:45 Azərbaycan kinoteatrlarında uşaqlar üçün təhlükəli cizgi filmi -VİDEO
10-12-2016 11:30 Yeni ilə özəl endirim, yoxsa artım kampaniyaları?
06-12-2016 11:13 Toy mövsümü başlayınca bahalaşan ev əşyaları
25-11-2016 16:22 Lizinqlə satılan maşınlara görə niyə artıq sığorta pulu tələb edilir? – ARAŞDIRMA
21-11-2016 10:34 Ölkənin milyonları Rusiya sərhədində batır - araşdırma
11-11-2016 11:08 İşdən çıxarılan nazirlər- kimlər haradadır?
05-11-2016 11:28 “Aprel döyüşləri”nin təkrarlanması üçün real zəmin yaranıb
04-11-2016 14:25 Füzulinin Bakı şəhərində yerləşən heykəli...
02-11-2016 10:12 Bakı avtovağzalında təhlükəsizlik aşağı səviyyədədir - FOTO
01-11-2016 16:00 Bu stulun sahibi kimdir? - FOTO
01-11-2016 09:46 Nardaranlılardan silinən işıq borclarını tələb edən kimlərdir?
31-10-2016 12:21 Eldar Mahmudovun bağ evindən reportaj - FOTO
28-10-2016 10:58 Bu qədər iş elanı olan şəhərdə niyə iş tapılmır?
12-10-2016 15:21 General Çovdarov Tağı Əhmədovdan 3 milyonu necə qopardı - TƏFƏRRÜAT
07-10-2016 10:31 Azərbaycan xalqının banklardan götürdüyü kredit pullarının əsl sahibi kimdir?
06-10-2016 15:56 Qabla gələn tədrici ölüm - ARAŞDIRMA
06-10-2016 10:37 Xərçəngi iki gündə sağaldan dərman tapıldığı iddia edilir
04-10-2016 16:38 "Azərişıq"da müəmma: aydın olmayan prosedur və acı nəticələr - ARAŞDIRMA
29-09-2016 16:46 "8-ci kilometr bazarı" Çovdarovun qızına necə verilib?
26-09-2016 11:31 Ucuz ağrıkəsicilər, antibiotiklər apteklərdən niyə və necə “yoxa çıxıb”…
17-09-2016 13:48 Bakıdakı evini sataraq İŞİD-ə qoşulmaq üçün Suriyaya getdi
17-09-2016 13:48 Səud rejimi İslam həccini necə oğurladı və inancdan necə qazandı? ARAŞDIRMA
07-09-2016 13:05 Azərbaycanlıların idarə etdiyi “qara mühasibat” və meyvələr üzərində qan - FOTO-VİDEO
06-09-2016 17:16 Klinton ölüm ayağındadır? - FOTO-VİDEO
02-09-2016 11:47 Sıravi bank işçiliyindən ən yüksək vəzifəyə, oradan isə...
30-08-2016 11:45 ABŞ-ın məxfi silahı: H-1B
30-08-2016 11:42 Dünyanı nüvə bombasından qoruyan “Dəhşət tarazlığı” anlayışı

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az