Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

09 Yanvar

2017
11:32
1097
Bakıda 5 maşın toqquşdu - 1 ölü, 4 yaralı

Bakıda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 7-də saat 18 radələrində Sabunçu qəsəbəsində Gədəbəy rayon sakini İlqar İbrahimovun, Lerik rayon sakini Ramil Xanışovun, Bakı şəhər sakini Hüseyn Şəbiyevin idarə etdikləri "VAZ", Şamaxı rayon sakini Azər Şirəliyevin idarə etdiyi "Mercedes" və Bakı şəhər sakini Füzuli Zeynalovun idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşub.

Qəzada İ.İbrahimov hadisə yerində ölüb, R.Xanışov və 3 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Sabunçu RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır. (Trend)

Məqalədə : zəncirvari qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 20:59

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru