Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Mart

2017
14:50
700
Bakıda 23 və 16 yaşlı iki qız oğurlanıb - Polis axtarışa başlayıb

Bakıda 23 yaşlı tələbə və 16 yaşlı məktəbli qız oğurlanıb. FaktXəbər-in məlumatına görə, Səbail Rayon Polis İdarəsindən 1news.az-a verilən məlumata əsasən, 23 yaşlı Bakı sakininin (qızın adı etik normalara gör açıqlanmır) valideynləri polisə müraciət edərək bildiriblər ki, onların qızı naməlum şəxs tərəfindən qaçırılıb.

8-ci kilometr qəsəbəsində məktəblərdən birində təhsil alan 16 yaşlı məktəbli qızın valideynləri də eyni şikayətlə Nizami Rayon Polis İdarəsinə müraciət ediblər. Qeyd olunur ki, məktəbli qızı Qara Qarayev prospektində qaçırıblar.

Hər iki faktla bağlı araşdırma aparılır, qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru