Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2018
16:59
1715
Bakıda 175 nömrəli avtobusların marşrutu dəyişib

Əvvəlcədən məlumat verildiyi kimi, yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

Bu barədə FaktXəbər-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, hərəkət sxeminə əsasən, 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsindəki Məktəb küçəsindən deyil, E.Qasımov küçəsindən Səməd Vurğun bağına, eləcə də əks istiqamətdə hərəkət edəcək.

Belə ki, Məktəb küçəsi istiqamətində avtomobil yolu “BakuBus” MMC-yə məxsus iritutumlu avtobusların hərəkəti üçün uyğun hesab edilmir.

Məktəb küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb.

Məqalədə : 175 nömrəli avtobus 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 02:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com