Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
14:47
1167
Bakıda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır - FOTO-VİDEO

Binəqədi rayonu ərazisində yerləşən qəsəbələrin yollarının yenidən qurulması işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, kompleks tədbirlər ilkin mərhələdə Binəqədi rayonunun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrinin 15-ə yaxın küçəsini və məhəllədaxili yolları əhatə edir.

Belə ki, Binəqədi qəsəbəsində hazırda ümumi uzunluğu 6 km-dən çox olan 4 yolda, Rəsulzadə qəsəbəsində 2.5 km uzunluğa malik 5 küçə və məhlədaxili yollarda təmir-tikinti işləri həyata keçirilir. Biləcəri qəsəbəsində isə indiyədək 8 min kv.m sahədə 4 küçədə, həmçinin 1 May yaşayış massivinin yolunda təmir işləri həyata keçirilib və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Hazırda Binəqədi qəsəbəsində 1-ci mədən, 2-ci mədən və 3-cü mədən küçələrində, Rəsulzadə qəsəbəsində Zahid Qəmbərov, Aydınbəyov, Mahir Qədimov, Koroğlu və digər küçələrdə, Biləcəri qəsəbəsində isə Aşıq Şəmşir, Qafur Məmmədov, Xəqani, Xudadat bəy Məlikaslanov küçələri və digər yollarında təmir işləri həyata keçirilir. Sadaladalanan küçələr boyu işlər yekunlaşdıqca təmirə ehtiyacı olan digər yollarda da təmir-bərpa işləri həyata keçiriləcək.

Daha sonra yollar və küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, Binəqədi rayonunun qəsəbədaxili yollarının abadlaşdırılması layihəsi çərçivəsində bundan öncə Sulutəpə qəsəbəsinin 4 km-lik Ruslan Alahverdiyev küçəsinin və bu küçəyə paralel olan qəsəbədaxili yolun yenidən qurulması işlərinə başlanılmışdı. Yaxın günlərdə isə 28 may qəsəbəsinin yolunun bərpası işlərinə başlanılacaq.

Məqalədə : yol təmir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
150

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
132

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1127

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
126

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
672

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
701

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
263
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru