Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Mart

2017
13:24
1010
Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın təfərrüatları məlum olub

Bakı-Sumqayıt şosesində baş verən qəzanın bəzi təfərrüatı məlum olub.

FaktXəbər-in "Report"a istinadən verdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi zamanı saxlanılan 52-BE-874 dövlət qeydiyyat nişanlı "ZİL" markalı yük avtomobilinin sürücüsü Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Şəmistanlı Elvin Eldar oğlu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində izahat verib. O bildirib ki, ötən axşam saat 22:00 radələrində Sumqayıt istiqamətində körpünün üzərində idarə etdiyi yük avtomobilinin təkərlərində problem yaranıb. Nəticədə sürücü yük avtomobilini körpünün sonunda saxlayıb. "Mən maşını saxladığım yerdən bir neçə metr aralıda xəbardarlıq nişanı və 30 metr aralıda 3 ədəd mişar daşı qoymuşdum. Gecə saatlarında isə yol polisi əməkdaşları yük avtomobilinin hərəkətsiz vəziyyətdə dayandığı yeri xəbərdaredici lentlərlə bağlayıb. Səhər saatlarında usta ilə birgə geri dönərkən gördüm ki, "Ford" mişar daşlarının üstünə çıxıb və mənim yük avtomobilimin arxa hissəsinə çırpılıb".

Faktla bağlı cinayət işi başlanılıb, E.Şəmistanlı və "Ford" markalı mikroavrobusun sürücüsü Namiq Hüseynov saxlanılıb.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölüb, 20-dən çox sərnişin xəsarət alıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru