Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
09:10
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdiriləcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu günlərdə dəmir yolunun xidmətlərindən istafadə etmək istəyənlərin sayı artdığından, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Eyni zamanda sentyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik ediləcək. 

Yeni hərəkət cədvəlinə əsasən Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır. Gün ərzində bu marşrutla 15 cüt elektrik qatarı hərəkətdə olacaq. Eləcə də, sosial sifarişlər nəzərə alınaraq, I növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a da qatar təyin edilir. 

Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir. 

Məqalədə : qatar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
478

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
394

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
610

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
455

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
392
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 06:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru