Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Mart

2015
10:44
8747
Bakı sakinləri bu verilişləri televiziyada niyə istəmirlər? - VİDEO

Son zamanlar Azərbaycan televiziyalarında şou proqramların digər maarifləndirici verilişləri üstələməsi, hətta demək olar ki, sıradan çıxarması tamaşaçıları da narazı salıb. Düzdür, televiziyalar hazırladıqları proqramların reytinqinin yüksək olduğunu və xalq tərəfindən sevildiyini söyləyir, amma reallıq tamam başqa şeydir. FaktXeber.com-un məlumatına görə, televiziyaların bayağı şou proqramlara üstünlük verməsi hətta Milli Məclis səviyyəsində belə, müzakirə olunub. Parlamentin son iclasında millət vəkili Rüfət Quliyev vətənpərvərlik, maarifləndirmə istiqamətində verilişlərə, proqramlara daha geniş yer ayrılmalıdır deyib: "“Hansı kanalı açırsan ancaq çal-çağır, şou biznesdir... Biri deyir ər axtarıram, biri deyir onu axtarıram, biri deyir bunu axtarıram... Hesab edirəm ki, bunlar yığışdırılmalıdır, bu cür verilişlərin sayı, vaxtı xeyli azaldılmalıdır. Vallah, ayıbdır, bir də görürsən ki, 70 yaşlı bir kişi gündə ən azı 28 dənə SMS göndərir..Azərbaycan telekanallarında bu gün şou-biznes əl-ayaq tutub yeriyir. Çal-çağırdan, şou-biznesdən savayı elə bil ki, mövzular yoxdur."

Qeyd edək ki, eyni tipli tənqid Milli Televiziya və Radio Şurası tərəfindən də dəfələrlə səsləndirilib və televiziyalardakı konkret adlar çəkilməklə verilişlər tənqid olunub.

Televiziyaların, "xalq bu verilişlərə baxır" tipli iddialarını aydınlaşdırmaq üçün FaktXəbər olaraq Bakı sakinləri arasında kiçik sorğu keçirdik. Buyurun, siz də tanış olun: 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru