Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

09 Oktyabr

2019
21:58
2266
Bakı məktəblərində Nəsimi irsi ilə bağlı MÜSABİQƏ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqəyə start verilib.

Təhsil İdarəsindən FaktXeber.com-a bildirilib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanın söz sənəti və tarixində yüz illərboyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikir tarixinə olan marağını artırmaqdan ibarətdir. Həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürü, tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlər yetişdirmək müsabiqənin əsas hədəflərindəndir.

Müsabiqə şagirdlərdə ədəbi biliklərin artmasına, oxuyub-anlama bacarıqlarının, dil və nitq qabiliyyətlərinin, yaradıcı təfəkkür, düşünmə, müstəqil fikir bildirmə bacarıqlarının formalaşmasına xidmət edir. IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə 3 mərhələdən (məktəbdaxili, rayon və şəhər) ibarətdir.

Müsabiqənin məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən 3 şagird rayon turunda iştirak etmək hüququ qazanacaq. Rayon mərhələsində hər rayon üzrə uğur qazanan 5 qalib müsabiqənin şəhər mərhələsində iştirak edəcək. Final mərhələsində isə nəticələrə uyğun olaraq 6 qalib müəyyənləşdiriləcək. Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
61

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
314

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
105

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
62

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
65

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 03:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru