Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
14:37
580
Bakı metrosunda nasazlıq: qatar boşaldıldı

Bakı metrosunda qatarda nasazlıq yaranıb. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun “Sahil” stansiyasında qatarda texniki problem olduğu müşahidə edilib:

“Maşinist bu barədə bizə məlumat verib. Hadisə 13:50 radələrində “Həzi Aslanov”-“İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda olub. Problemlə əlaqədar sərnişinlərdən qatarı boşaltmaları xahiş olunub. Qatar birbaşa depoya göndərilib. Onun əvəzinə isə stansiyaya yeni qatar buraxılıb. İntervalda heç bir dəyişiklik olmayıb. Qatarda yaranan texniki nasazlığın səbəbləri araşdırılır. Bu barədə mətbuata açıqlama veriləcək”./Oxu/az

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2019 04:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com