Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Noyabr

2017
11:13
390
Bakı metrosunda həyəcanlı anlar - Qadın relslərin üstünə yıxıldı

Noyabrın 15-də səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında qadın qatar relslərinin üzərinə yıxılıb. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, hadisə səhər saat 08:18 radələrində baş verib: "1963-cü il təvəllüdlü Sevda Osmanova adlı sərnişin “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxt relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist qatarı saxlayıb, qadını oradan çıxarıblar. Başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir".

N.Paşayev bildirib ki, nəticədə "Xalqlar Dostluğu"-“Dərnəgül” istiqamətində qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb: "Hazırda intervalda yaranan problem aradan qaldırılıb və qatarların normal hərəkəti bərpa olunub".

Məqalədə : metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru