Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2019
11:15
400
Bakı-Gəncə-Bakı istiqamətində qatarlarda qiymətlər endirildi

Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən FaktXəbər-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

Həmçinin Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.

Məqalədə : Bakı-Gəncə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1598

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
66

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
89
Mövzu üzrə xəbərlər
Şərhlər
Oxucu tərəfindən 16-03-2019 19:30:18 tarixində yazıldı
Biznes biletinin qiyməti
Xalqın kasıb kütləsi bundan oooooooooooooooooooooooooo qədər sevinəcək ki, daha bir də qatara minmək istəməyəcək.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 07:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru