Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

18 Mart

2017
21:16
581
Bakı bulvarında "İctimai internet" istifadəyə verildi

Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai internet" şəbəkəsi istifadəyə verilib. Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində pulsuz internetdən uğurla istifadə edə bilərlər.

Bu münasibətlə keçirilən açılış mərasimində bildirilib ki, Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin "Huawei" şirkəti tərəfindən zəruri avadanlıqlar (Access Point) quraşdırılıb. Həmin ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın "Ağ Şəhər" ərazisi də "İctimai internet" şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.

Diqqətə çatdırılıb ki, ilin sonunadək bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin parkında bu istiqamətdə işlər həyata keçiriləcək.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com