Bakı-Balakən sərnişin qatarı yolda qalıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2018
13:08
3186
Bakı-Balakən sərnişin qatarı yolda qalıb

Bakıdan Balakənə hərəkət edən sərnişin qatarı yolda qalıb.

Buna səbəb avqustun 10-da axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsindəki dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsidir.

Ona görə də dünən axşam Bakıdan çıxan və bu gün səhər saatlarında Balakən stansiyasına çatmalı olan qatar Qax rayonu ərazisindəki Kötüklü stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla Qax, Zaqatala və Balakən rayonlarına göndərilib.

Hazırda dəmir yolunda təmir işləri aparılır və qatarın öz hərəkətini bərpa etməsi üçün tədbirlər görülür.

Məqalədə : Bakı-Balakən qatarı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 16:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com