Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

08 Yanvar

2017
00:27
492
Bakı-Şamaxı yolu yenə sürüşür

Bakı-Şamaxı avtomobil yolunda yeni torpaq sürüşməsi baş verib. Yolun bir neçə yerində, o cümlədən Ağsu aşırımında hər gün sürüşmə aktivliyi müşahidə olunur. Yolun hərəkət hissəsində və kənarlarda isə iri çatlar əmələ gəlib.

Yolun 106-107 və 109-cu kilometirliyində hər gün davam edən sürüşmə hazırda daha təhlükəli həddə çatıb. (APA)

Yolla hərəkət edən sürücülərin sözlərinə görə, yeni sürüşmə zonasında torpaq axını hər gün davam edir. Dağdan axan torpaq qatı yol kənarındakı istinad divarlarının üzərindən aşaraq avtomobil yoluna tökülür. Nəticədə avtomobillərin hərəkəti üçün çətinlik yaranır.

Hazırda yolun sözügedən hissəsinə "Şamaxı 9 saylı Yol İstsmar" MMC nəzarət edir.

İdarənin işçiləri torpaq sürüşməsinin baş verdiyi yerdə avtomobillərin hərəkətinin məhdudlaşmaması üçün ağır texnikaların vasitəsilə təmizləmə işləri görür. Dağdan yola axan torpaq kütləsi ağır texnikalar vasitəsilə ərazidən daşınır. Ərazidə davamlı aktivliyin müşahidə olunduğu, yolun dağılma təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com