Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

09 Mart

2017
14:57
3171
Bakı - Sumqayıt yolunda həlak olanların meyitləri ailələrinə verilib - VİDEO

Buna da baxın:

5 tələbinin ölümünə səbəb olan avtobusun görüntüləri - ADLI SİYAHI - FOTO

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş vermiş qəza nəticəsində ölən 5 tələbənin meyitləri ailələrinə təhvil verilib.

Yaralanan 20 nəfərdən ikisi 1 nömrəli Klinik Tibbi Mərkəzə, 15 nəfər Sumqayıt şəhər xəstəxanasına, daha üç nəfər isə Xırdalan xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələrini daşıyan “Ford Tranzit” markalı avtobus yol kənarında dayanan kərpiclə dolu yük avtomobilinə çırpılıb.

SDU-nun Fizika və elektroenergetika fakültəsinin üçüncü kursunda təhsil alan iki tələbə - İbrahim Quliyev və İbrahim Nəsibov hadisə yerində həlak olub. Klinik tibb mərkəzindən verilən məlumata görə, üç tələbə - Çinarə Quliyeva, Roza Muradova və Rəşad Canıyev isə klinikaya çatdırıldıqdan az sonra həlak olublar.

Sərnişinlərindən daha iki nəfərinin vəziyyəti ağırdır.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com