Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
14:06
Badamdarda sürüşmə: 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub

Badamdar şossesində torpaq sürüşməsi baş verib. Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, oktyabrın 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilən istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri hadisə yerində olublar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

Vətəndaşların və Badamdar yolundan keçən avtomobillərin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bildirilib ki, əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Hazırda ərazıdə araşdırmalar aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Badamdar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 00:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com