Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
09:50
Bacısını baltalayıb öldürən qız azadlığa çıxıb - Prokuror şikayət verib

Bakıda bacısını balta ilə qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində məhkəmə qərarından prokurorun apellyasiya protesti üzrə yenidən keçirilən məhkəmə prosesi başa çatıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə prokurorun apellyasiya protesti ilə bağlı qərar elan edilib.

Qərara görə, protest təmin olunmayıb.

Qeyd edək ki, Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edərək, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsinin dəyişdirilib, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib və Pərvanə Nuriyeva azadlığa çıxıb.

Bu qərardan narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror protestində Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin bərpa edilməsini istəyib.

İttihama görə, 2014-cü ilin oktyabrında 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib.

Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra balta ilə başını kəsib.

Pərvanə Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Pərvanə Nuriyevaya hökm oxunub.

Məhkəmə Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, bundan əvvəl də Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edib. Onlar həmin dövrdə də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib.

Bu qərardan narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin bərpa edilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrlik etdiyi kollegiya prokurorun protestini təmin edib. Həmin kollegiyanın qərarına əsasən, Pərvanə Nuriyevanın 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi qərara alınıb.(oxu.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 10:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com